AZ

Bakıda TDT-nin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərlərinin iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası keçirilir.

APA xəbər verir ki, iclas çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə ailə, qadın və uşaqların qarşılaşdığı problemləri həll etmək və ortaq müqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatının mühüm platforma olduğu bildirilib.

Azərbaycanın üzv dövlətlərdə, xüsusilə Türkiyədə ailə və uşaqların problemlərinin həllinə istiqamətlənən layihələri dəstəklədiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçı ölkələrin hökumətləri tərəfindən ailələrə sosial dəstək məqsədilə görülən tədbirlərdən danışılıb.

Təşkilat çərçivəsində ailə dəyərlərinin qorunması üçün "yol xəritəsi"nin formalaşmasının zəruriliyindən söz açılıb.

TDT Baş katibinin müavini Ömer Kocaman bildirib ki, bu günə qədər bir çox sahələrdə fəaliyyətlər həyata keçirilib: “Qarşıdakı dövrdə isə ortaq layihələrlə fəaliyyətimizi daha da inkişaf etdirəcəyik. Biz təşkilat çərçivəsində müxtəlif layihələr icra etmişik. İndi isə ailə institutuna diqqət göstərməliyik. Təşkilata üzv ölkələrin 170 milyon əhalisi var. Dünyanın müxtəlif təhdidlərlə üzləşdiyi bir zamanda mənəvi və ailə dəyərlərimizin qorunması son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində belə bir platformanın yaradılması çox vacibdir. Hesab edirəm ki, bu çərçivədə biz ailə dəyərlərinin qorunması üçün "yol xəritəsi" hazırlaya biləcəyik".

Çıxışçılar bu istiqamətdəki layihələrin təkmilləşdirilməsi və zamanın tələbinə uyğunlaşdırılmasını vacib sayıblar.

Seçilən
18
apa.az

1Mənbələr