AZ

Son illər Qazaxıstanda boşanma sayının azalması müşahidə olunur -Komitə sədri

Bakı. Trend:

Son illər Qazaxıstanda boşanma sayının 16 faiz azalması müşahidəolunur.

Trend xəbər verirki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya NazirliyininGənclər və ailə məsələləri üzrə komitəsinin sədri Kayrat KambarovBakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosialsiyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasıçərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDTölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə etdiyiçıxışda deyib.

“Ailənin rolunun dərk edilməsi və onun möhkəmləndirilməsi xüsusiönəm kəsb edir. Bu mədəni dəyərlər real həyatda parlaq şəkildə öztəsdiqini tapır. Son araşdırmalar göstərdi ki, qazaxıstanlılar üçünəsas ailə dəyərləri qarşılıqlı qayğı, hörmət və dəstəkdir”, – deyəo bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda ailə dəyərlərinin qorunmasınageniş dəstək göstərilir və məişət zorakılığı ilə mübarizətədbirləri gücləndirilir. Rəqəmsal dəstək alətləri tətbiq olunur.Dövlət ailə siyasətinin həyata keçirilməsinə cavabdeh olansəlahiyyətli və məsləhətçi orqanlar vasitəsilə hüquqi və metodolojibaza təmin edilir.

Kambarov qeyd edib ki, hər bir şəhər və rayonda ailələrə dəstəkmərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin səmərəli fəaliyyətisosial problemlərin qarşısının alınmasına, ailədaxili münaqişələrinhəllinə və sosial gərginliyin azalmasına töhfə verir, ailələrinçətinliklərin öhdəsindən gəlməsinə yardım edir və onların rifahıüçün şərait yaradır.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr