AZ

İllik təhsil haqqısı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Tədris ili ərəfəsində valideynlərin ən çox maraqlandığı məsələlərdən biri övladlarını hansı məktəbə yazdıracaqları və bu məktəblərdə təhsil haqlarının nə qədər olacağıdır. Paytaxt Bakıda fəaliyyət göstərən özəl məktəblər təklif etdikləri tədris imkanları ilə yanaşı, ibtidai, ümumi və tam orta təhsil pillələri üzrə fərqli qiymət siyasətləri ilə də seçilirlər.

Valyuta.az müxtəlif özəl məktəblərdə illik təhsil haqları ilə bağlı məlumatları təqdim edir.

"Bakı Atatürk Liseyi"ndə bütün təhsil pillələri üzrə illik təhsil haqqı 3 500 manat təşkil edir.

"Erudit" məktəbində isə ibtidai, ümumi və tam orta təhsil üçün illik ödəniş 5 000 manat olaraq müəyyən edilib.

"Yaşam Məktəbi" ("Zirvə Liseyi")ndə ibtidai təhsil üçün qiymətlər 5 900-6 500 manat arasında dəyişir. Ümumi və tam orta təhsil pillələrində isə illik ödəniş 6 500-6 800 manat aralığındadır.

"Landau School"da ibtidai təhsil üzrə qiymətlər 5 800-8 000 manat arasında dəyişir. Ümumi və tam orta təhsil üçün illik ödəniş isə 6 800-10 000 manat aralığındadır.

"Mil" məktəbində ibtidai təhsil 6 500-7 500 manat, ümumi orta təhsil 7 500-8 500 manat, tam orta təhsil isə 7 500-9 000 manat arasında dəyişir.

"Kaspi Liseyi"ndə ibtidai təhsil üçün ödəniş 6 800-8 300 manat təşkil edir. Ümumi və tam orta təhsil pillələri üzrə isə illik haqq 7 300-8 800 manat aralığındadır.

"ADA School"da ibtidai və orta təhsil üzrə qiymətlər açıqlanmasa da, tam orta təhsil üçün illik ödənişin 8 000 manat olduğu bildirilib.

"Hədəf Liseyi"ndə isə bütün təhsil pillələri üzrə illik təhsil haqları 8 000-9 000 manat arasında dəyişir.

"Evrika Liseyi"ndə ibtidai təhsil üzrə illik qiymət 8 500-10 000 manat, ümumi və tam orta təhsil pillələri üzrə isə 9 000-14 000 manat aralığında müəyyən olunub.

Seçilən
49
valyuta.az

1Mənbələr