AZ

İlon Mask Donald Trampdan üzr istədi

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampa həsr etdiyi bəzi paylaşımlarından təəssüfləndiyini bildirib. İyunun əvvəlində onlar ABŞ-ın büdcə layihəsi, “Crew Dragon” kosmik gəmisinin istismarı və hökumət müqavilələri ilə bağlı mübahisə ediblər.

Mask X sosial şəbəkəsində yazıb: “Ötən həftə prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm. Onlar həddən artıq irəli gediblər”.
Qeyd edək ki, milyarderlə prezident arasında münaqişə sahibkarın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etməsindən dərhal sonra baş verib. O, prezidentin imzaladığı büdcə layihəsini “iyrənc əclaflıq” adlandırıb. Tramp buna cavab olaraq bildirib ki, iş adamı dəli olub və Maskın şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə hədələyib.

Daha sonra o, bütün “Crew Dragon” kosmik gəmilərini istismardan çıxaracağını vəd edib, lakin tezliklə fikrini dəyişib. Milyarder həmçinin prezidentin seks cinayəti törətməkdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işində əli olduğunu iddia edib, lakin sonradan bu postu silib.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
50
editor.az

10Mənbələr