ABŞ prezidenti Donald Tramp Los-Ancelesdə mühacirlərin həbsi dalğasına cavab olaraq başlayan etirazları və gündəmi dəyərləndirib.
News24.az xəbər verir ki, o Los-Ancelesdəki hadisələrin qəbuledilməz olduğunu və əyalət hökumətinin “səriştəsiz” olduğuna görə asayişi bərpa etmək üçün hərəkətə keçdiyini müdafiə edib.
Etirazçıların əksəriyyətinin "pul üçün" zorakılığa məruz qaldığını iddia edən Tramp, "Onlar qürurla başqa ölkələrin bayraqlarını daşıyırlar, amma Amerika bayrağını daşımırlar. Sadəcə onu yandırırlar. Amerika bayrağını yandıranlar 1 il həbs cəzası almalıdır" deyib.
Günel Məlikzadə