AZ

"Ukrayna Təhlükəsizlik Xidməti artıq işçiləri orduya köçürməyi planlaşdırır" - Podolyaka

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) artıq işçiləri Ukrayna Silahlı Qüvvələrinə köçürməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu məlumatı Ukrayna mətbuatına istinadən hərbi ekspert Yuri Podolyaka verib.

Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin UTX və Baş Kəşfiyyat İdarəsində siyahıda olan hərbçilərin bəziləri yenidən hazırlıq keçəcək və sonradan döyüş təmas xəttinə göndəriləcək.

Əgər xüsusi xidmət orqanının əməkdaşı Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamaq istəməzsə, onda səfərbər olunmuş kimi qeydiyyata alınacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
64
herbiand.az

1Mənbələr