AZ

“Razılıq əldə olunmasa, qlobal bazarlarda ciddi bahalaşmalar baş verəcək”- ŞƏRH

“Dünyanın ən iri iki iqtisadi gücü olan ABŞ və Çin arasında ticarət müharibəsi davam etməkdədir. Londonda keçirilən ticarət danışıqlarında tərəflər may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.”

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, ABŞ-ın Çinlə bağlı tətbiq olunmuş rüsumlarda kəskin azalmaların olacağı gözlənilən deyil:

“ABŞ Çin mallarının idxalına 145%, Çin isə buna cavab olaraq 125% idxal rüsumları tətbiq edib. Çinin ABŞ-a 462 milyard dollarlıq bir ixracın olduğunu və ABŞ-dan idxalı isə 143 milyard dollarlıq bir dövriyə olduğuna diqqət etsək, bu ticarət müharibəsinin hər iki ölkənin iqtisadiyyatında müəyyən çətinliklərin yaradacağını deməyimizə imkan verir. Ümumiyyətlə ABŞ-Çin ticarət savaşı qlobal iqtisadiyyata da təsirsiz ötüşməyəcək. Çünki bu iki böyük iqtisadi gücün qlobal iqtisadiyyatda payı və təsir imkanları kifayət qədər böyükdür. Bütün bunları nəzərə alaraq qənaətə gələ bilərik ki, bu iki iqtisadi güc arasında müəyyən bir razılıq əldə olunmasa, qlobal bazarlarda bahalaşmaların baş verməsi qaçınılmaz olacaq.

Azərbaycan-Çin münasibətləri də yüksək səviyyədə inkişaf edir. Ölkələrimiz arasında qarşılıqlı şəkildə viza rejimlərinin ləğv edilməsi və imzalanmış sənədlər əməkdaşlığımızın dərinləşdirilməsi üçün yeni imkanlar açır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
58
editor.az

1Mənbələr