Avstriyanın Qraz şəhərində özünün də daxil olduğu 11 nəfərin öldüyü məktəbə silahlı hücumu törədən şəxsin evində araşdırma aparılıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 21 yaşlı cinayətkarın evində aparılan axtarışda yazılı, rəqəmsal intihar qeydi və işlək olmayan bir boru bombası tapılıb.