AZ

Qattuzo İtaliya millisinə rəhbərlik edə bilər

"Milan"ın və İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo millinin baş məşqçisi ola bilər.

Operativ Media xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

İyunun 8-də Luçano Spalletti İtaliya millisindən ayrıldığını açıqlayıb. Onun yerinə Klaudio Ranyeri və Stefano Piolinin gələ biləcəyi bildirilsə də, hər iki mütəxəssis bu təklifləri rədd edib.

Mənbənin məlumatına görə, hazırda 47 yaşlı Qattuzo əsas namizəd hesab olunur.

İtaliya millisinin sabiq futbolçusunun son iş yeri iyunun əvvəlində ayrıldığı Xorvatiyanın “Hayduk” klubu olub. Bundan əvvəl Qattuzo “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Piza”, Yunanıstanın OFİ, “Palermo” və İsveçrənin “Sion” klublarını çalışdırıb.

Seçilən
28
operativmedia.az

1Mənbələr