AZ

Muslera Türkiyəni tərk etdi

Son matçını "Başakşəhər"lə keçirən Muslera bu matçdan sonra bir müddət İstanbulda qalıb, orada dost-tanışları ilə vaxt keçirib.

News24.az xəbər verir ki, İstanbul Hava Limanından Argentinanın paytaxtı Buenos Ayresə uçan Muslera mətbuat mənsublarından qaçaraq heç bir görüntünün çəkilməsinə icazə verməyib.

Muslera ailəsi ilə birlikdə Türkiyəni tərk edib. Musleranın yola salınması zamanı emosional anlar yaşanıb.

Onu da qeyd edək ki, Türkiyədə 14 mövsümü geridə qoyan əfsanəvi uruqvaylı qolkiper qırmızı-sarı komanda ilə 8 Super Liqa, 6 TFF Superkuboku və 5 Türkiyə Kubokunun sevincini yaşayıb.

Günel Məlikzadə

Seçilən
56
news24.az

1Mənbələr