AZ

TDT Baş katibinin müavini: Təşkilatda ailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyaları davam etdirəcəyik

Bakı, 11 iyun, AZƏRTAC

Bu günədək Türk Dövlətləri Təşkilatı (TDT) olaraq bir çox sahədə ortaq fəaliyyətlər həyata keçirmişik. Ancaq gənclər və ailələrlə bağlı fəaliyyətimiz yox idi. Biz gec də olsa, bu işləri həyata keçirməyə başladıq. Türk dünyasında gənclərin və ailələrin problemlərinin həlli ilə bağlı gələcək planlarımız olacaq. TDT- nin digər təşkilatlardan fərqi odur ki, bu təşkilatda ortaq proqramlar və layihələr həyata keçirilir. Bu yolla da Türk dünyasına xidmət göstərilir. Bizim bir çox sahələrdə ortaq layihələrimiz var.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə çıxışı zamanı bildirib.

TDT olaraq gənclər üçün innovasiya sahəsində proqramların həyata keçirildiyini xatırladan Baş katibin müavini deyib: “İndi isə qadınların problemlərinin həlli ilə bağlı layihələr həyata keçirməyin zamanıdır. Türk dünyasında 170 milyon nəfərə yaxın əhali yaşayır, onların 40 faizini gənclər təşkil edir. Bu gün bir çox ailələr təhdidlərlə üz-üzədir. Bu baxımdan mənəvi keçmişdən gələn ailə dəyərlərimizi qorumaq önəmlidir. Türk Dövlətləri Təşkilatında ailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyaların həyata keçirilməsini davam etdirəcəyik".

Seçilən
34
azertag.az

1Mənbələr