BAKI, 11 iyun. TELEQRAF
Türkiyənin İstanbul şəhərində bələdiyyələrlə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan Qaziosmanpaşa rayonu bələdiyyəsi sədrinin yerinə səsvermə keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ölkənin hakim Ədalət və İnkişaf Partiyasından Qaziosmanpaşa sədri vəkilliyinə namizəd Eray Karadeniz səsvermədə qalib gəlib. O, səsvermədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi Murat Topaloğlunu udub.
Karadeniz 16 əleyhinə, 21 lehinə səs alıb. Beləliklə, CHP-nin idarəçiliyində olan bələdiyyə AKP-yə keçib.
CHP üzvləri səsvermədən sonra nəticələrə etiraz ediblər.
Xatırladaq ki, Qaziosmanpaşa bələdiyyəsinin sədri Hakan Bahçetepe mart ayında İstanbul bələdiyyələrinə qarşı açılan cinayət işi çərçivəsində korrupsiya ittihamı ilə həbs edilib.