Filatın sözlərinə görə, Moldova vətəndaşlarının - o cümlədən yeni doğulan körpələrin də - hər birinə düşən borc 2019-cu ildəki 16,3 min leydən ($948) 2025-ci ildə 36,5 min leyə ($2,1 min) yüksəlib. "Ötən il ölkədə son iki əsrdə ən aşağı doğum sayı qeydə alınıb - cəmi 23,6 min uşaq. Amma bu uşaqlar artıq ümumilikdə 860 milyon leyə yaxın borclu doğulublar", - deyə Filat Telegram kanalında yazıb.
O, həmçinin Moldova Milli Statistika Bürosunun məlumatlarına əsaslanaraq qeyd edib ki, dövlətin ümumi borcu 2019-cu ildəki 57,6 milyard leyə ($3,35 milyard) qarşı 2025-ci ildə 127,1 milyard leyə ($7,39 milyard) çatıb. Bu isə ÜDM-in 38,7%-i deməkdir - son 20 ilin ən yüksək göstəricisi.
Sabiq baş nazir əlavə edib ki, hazırkı hökumət 2025-ci ilin birinci rübündə xarici borcları ödəmək üçün daxili bazardan əvvəlkindən beş dəfə yüksək faizlə kredit götürüb və bu addımı sərt şəkildə tənqid edib. O, həmçinin Sandu və baş nazir Dorin Reçanı idarəetmədə uğursuzluğa yol verməkdə ittiham edib - baxmayaraq ki, bir vaxtlar onların siyasi karyerasının başlanmasına məhz özü dəstək verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31