Bakı. Trend:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındatarixi, mədəni, etnik və dil bağlılığına əsaslanan qardaşlıqmünasibətləri daim inkişaf etməkdədir. 2021-ci il iyunun 15-dəAzərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmış “Müttəfiqlikmünasibətləri haqqında Şuşa Bəyannaməsi” bu münasibətləri rəsmiolaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltdi.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu sənəd iki qardaş dövlətin regional vəbeynəlxalq səviyyədə bir-birini dəstəklədiyini bir dahatəsdiqləməklə yanaşı, gələcək əməkdaşlığın yeni istiqamətlərini dəmüəyyən etdi.
A.Həsənova qeyd edib ki, Şuşa Bəyannaməsi AzərbaycanlaTürkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır:
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan arasında imzalanan Bəyannamə iki qardaş ölkəarasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Prezident İlham Əliyev sənədi əhəmiyyətini vurğulayaraq bildiribki, “imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədəxalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün vəHeydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərindəMustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir:“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixisözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz buvəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada MüttəfiqlikBəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayişetdiririk və gələcək nəsillərə yol göstəririk”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındamüttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasıölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlıinkişafını təmin edir”.
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionundayeni siyasi reallıqlar fonunda imzalanıb:
“2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yenireallıqlar Azərbaycan-Türkiyə münasibətlərinin yeni səviyyəyəkeçməsini tələb edirdi. Bu bəyannamə, təkcə iki ölkənin deyil,bütövlükdə türk dünyasının həmrəyliyinin göstəricisi kimi dəqiymətləndirilə bilər.
Bəyannamənin Şuşada imzalanması isə xüsusi simvolik mənadaşıyır: bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının,eləcə də Şuşanın tarixi əhəmiyyətinin beynəlxalq səviyyədətanınmasının təzahürüdür”.