Avropa Şurasının baş katibi Alen Simonyanla Azərbaycanla sülhün bərqərar olmasını müzakirə edib
İyunun 11-12-də Ermənistanda olan Avropa Şurasının baş katibi Alen Berset Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyanla bir sıra məsələləri müzakirə edib. Bu barədə Ermənistan Milli Assambleyasının mətbuat xidməti məlumat yayıb.
Bunlara Ermənistanda demokratik islahatların gedişi, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regionda sabitlik daxildir.
Simonyan Bersetin diqqətini Azərbaycanda qanunsuz saxlanılan şəxslər və itkin düşmüş şəxslər probleminə cəlb edib.