AZ

Prezident İlham Əliyev Xaçmazda avtomobil yolunun təmirinə 1,5 milyon manat ayırdı -SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Xaçmaz rayonununGəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28km)–KöhnəXaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərliavtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 13yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–RusiyaFederasiyası ilə dövlət sərhədi (28 km)–KöhnəXaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh-mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiriməqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitinbölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkinolaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamdagöstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdagöstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsiüçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşuxərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Seçilən
22
39
az.trend.az

10Mənbələr