AZ

Rusiyada İranın artıq nüvə materiallarının ölkədən çıxarılmasına yardım etməyə hazır olduğu bildirildi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya, İranın nüvə proqramı ilə bağlı ABŞ ilə razılığa gəlməsi üçün dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, Moskva, İranın artıq nüvə materiallarının ölkədən çıxarılmasını və onların sonradan emal edilərək reaktorlar üçün yanacaq istehsalında istifadə olunmasını həyata keçirməyə hazırdır.

“Biz hesab edirik ki, razılaşmanın əldə olunması imkanları hələ də tükənməyib. Hazırda mövcud problemlərin, o cümlədən sanksiyalar və İrana qarşı irəli sürülən tələblərlə bağlı heç olmasa qismən qərarların əldə olunması üçün səylərin ikiqat artırılması vacibdir. Xüsusilə nəzərə alsaq ki, Tehran dialoqa hazır olduğunu nümayiş etdirir”, — deyə o bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Nazir müavini vurğulayıb ki, Moskva həm ABŞ-a, həm də İrana dəstək göstərməyə hazırdır.

“Bu, yalnız siyasi səviyyədə, danışıqlara töhfə verə biləcək təkliflər vasitəsilə deyil, eyni zamanda praktik müstəvidə də ola bilər — məsələn, İrandan artıq nüvə materiallarının çıxarılması və onların emal olunaraq nüvə reaktorları üçün yanacaq istehsalına yönəldilməsi ilə”, — deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
bizimyol.info

1Mənbələr