"15 iyun Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın yaşadığı o ağrılı-acılı günlər, düşdüyü o acınacaqlı durum hakimiyyətə ölkədə və dünyada baş verən siyasi prosesləri təhlil etmək və nəticə çıxarmaq, həmçinin cəsarətli addımlar atmaq qabiliyyətində, cəsarətində olan peşəkar qüvvələrin gəlməsini zəruri edirdi. O dövrdə idarəolunmaz vəziyyətə düşmüş dövlətin sükanı arxasına keçmək, qardaş qırğınının qarşısını almağın özü böyük risk, siyasi səriştə tələb edirdi. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən süquta uğramaq təhlükəsi ilə üzləşən dövlətçiliyimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Ulu öndər Heydər Əliyevin böyük məharəti sayəsində qorunub saxlanıldı, möhkəmləndi. Ölkəmizin sayılıb-seçilən ziyalıları, ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Dahiliyin, vətənpərvərliyin, cəsarətin, siyasi səriştənin bütün vacib elementlərini özündə cəmləşdirən Ümummilli liderin missiyanın əsas hədəfi bəlli idi; Azərbaycan dövlətini və onun müstəqilliyini qorumaq, xalqı xilas etmək".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31