AZ

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Çində istehsal olunan ən etibarlı hibrid və elektromobillərin reytinqi açıqlanıb. Bu avtomobillər nasazlıqlarla daha az üzləşən modellər sırasına daxildir.

Valyuta.az xəbər verir ki, Çin istehsalı avtomobillər bir çox ölkədə getdikcə populyarlaşsa da, sürücülər bu modellərin etibarlılığına şübhə ilə yanaşır. Lakin “J.D. Power” agentliyinin ekspertləri Çin bazarında ən etibarlı avtomobilləri müəyyən ediblər. Reytinq, demək olar ki, hər seqment üzrə ən yaxşı modelləri əhatə edir.

Siyahı 20 829 hibrid və tam elektrikli avtomobil sahibinin sorğusu əsasında tərtib olunub. Respondentlərdən təxminən 12 aylıq istifadə müddətində qarşılaşdıqları nasazlıqlar soruşulub.

2025-ci ilin ən etibarlı Çin avtomobilləri:

1. Subkompakt elektromobil – "Wuling Hongguang Mini EV";
2. Kompakt elektromobil – "ORA Haomao";
3. Kompakt elektro-krossover – "Wuling Bingo Plus";
4. Orta ölçülü elektromobil – "NIO ET5/ET5T";
5. Orta ölçülü elektro-krossover – "BYD Sea Lion 07";
6. Tamölçülü elektromobil – "Xiaomi SU7";
7. Premium elektromobil – "BMW i3";
8. Premium hibrid krossover – "Li L9";
9. Premium hibrid miniven – "Denza D9 PHEV";
10. Büdcə hibrid avtomobili – "BYD Seal 06 DM-i";
11. Kompakt hibrid krossover – "Chery Fulwin T9", "Galaxy L7 PHEV";
12. Generator mühərrikli kompakt hibrid krossover – "Changan Deepal S07";
13. Orta ölçülü hibrid krossover – "WEY Lanshan PHEV";
14. Generator mühərrikli orta ölçülü hibrid krossover – "Avatr 07".

Reytinqdə diqqətçəkən modellərdən biri olan "Wuling Hongguang Mini EV" Çində 10 min ABŞ dollarından aşağı qiymətə təklif olunur.

Eyni zamanda, texnoloji nəhəng olan "Xiaomi" şirkətinin ilk seriyalı avtomobili olan "SU7" də etibarlılığı ilə seçilir. Bu model "Tesla Model S" ilə rəqabət aparır.

Paşa Məmmədli

Seçilən
56
valyuta.az

1Mənbələr