AZ

Jarkınay Əmrakulova: Əminəm ki, TDT çərçivəsində qarşılıqlı fəaliyyətimiz insanyönümlü səmərəli sosial təşəbbüslərin işlənib hazırlanmasına yeni təkan verəcək

Bakı, 11 iyun, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası qardaş türk dövlətləri arasında təcrübə mübadiləsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm platformadır.

AZƏRTAC xəbər verir ki, bunu Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin gender siyasəti və zorakılıqdan müdafiə qərarlarının hazırlanması şöbəsinin baş mütəxəssisi Jarkınay Əmrakulova Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə bildirib.

O qeyd edib ki, əhalinin həssas təbəqələrinin sosial müdafiəsi və onlara dəstək təkcə dövlət siyasəti deyil, həm də milli birliyin və insan kapitalının davamlı inkişafının əsasını təşkil edir.

“Qırğız Respublikası sosial siyasət sahəsində, xüsusən də ailəyə dəstək, sosial inteqrasiya, uşaqların, yaşlı insanların və əlillərin qorunması kimi aktual sahələrdə birgə səylərə xüsusi əhəmiyyət verir. Əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimiz insanyönümlü səmərəli sosial təşəbbüslərin işlənib hazırlanmasına və həyata keçirilməsinə yeni təkan verəcək”, - deyə qırğızıstanlı nümayəndə əlavə edib.

O, əməkdaşlıq üçün əlverişli mühitin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib.

Seçilən
55
azertag.az

1Mənbələr