Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev işləməyən və Rusiya cəmiyyətinə heç bir faydası olmayan qeyri-qanuni əcnəbilərin deportasiyasının tərəfdarı olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, onun bəyanatının videoyazısını nazirliyin nümayəndəsi İrina Volk yayıb.
Nazir bildirib: "Küçələrə, yaşayış məntəqələrinə gələn qeyri-qanuni miqrantlar olmamalıdır. İşini itirmiş, universitetdən qovulmuş, barmaq izi alınmamış, dil öyrənməyən, Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər".
Telegram kanalımız