"Milan" iki futbolçu ilə birdən maraqlanır.
Offsideplus.az xəbər verir ki, "rossoneri" "Marsel"dən Adrien Rabyo və "Lill"də çıxış edən Ayyub Buaddi ilə maraqlanır.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Rabyo ötən ilin yayında "Marsel"ə qoşulub. Onun klubla 1 illik müqaviləsi qalıb.
17 yaşlı Buaddi isə 2 mövsümdür "Lill"in əsas komandasında oynayır. Gənc yarımmüdafiəçi başa çatan mövsümdə 36 oyunda 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə onun dəyəri 28 milyon avrodur.