Bakı. Trend:
Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddiaktuallıq kəsb edir. Bu, Bakıda işə başlayan "Güclü ailələr, güclütoplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlıtədbir zamanı çıxışlarda açıq şəkildə vurğulandı, həm də bizimgündəlik fəaliyyətimiz zamanı ortaya çıxan çoxsaylı problemlərdəözünü göstərməkdədir. Qarşılaşdığımız çətinliklərin aradanqaldırılması, müxtəlif ölkələrdəki ümumi vəziyyətin təhlili və Türkdünyasında ailə institutunun durumu xüsusi diqqətmərkəzindədir.
Trend xəbərverir ki, bunu "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrindəailəni dəstəkləyici siyasətlər" adlı tədbir çərçivəsindəjurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, tədbirdə müzakirələr zamanı ailədəyərlərinin qorunması, inkişafın müxtəlif istiqamətlərdə ailəhəyatına təsiri, bu təsirlərin nəticələri, ailələrin üzləşdiyiçağırışlar və onların aradan qaldırılması yolları ətrafında fikirmübadiləsi aparılır. Eyni zamanda, ailə institutunu təhdid edəntəhlükələrin qarşısının alınması, bu sahədə beynəlxalq əməkdaşlığıngücləndirilməsi və səylərin birləşdirilməsi məsələləri dəgündəmdədir.
Komitə sədri bildirib ki, indiyədək həm Türkiyənin ev sahibliyietdiyi tədbirlərdə, həm də nazirlərin ilk iclasında bu məsələlərətraflı şəkildə müzakirə olunub.
"Hazırda isə konkret istiqamətlər üzrə daha dərin və praktikmüzakirə mərhələsinə keçid edilir. Dünyanı təhdid edən bir sıratəhlükələr ətrafında aparılacaq geniş fikir mübadiləsi nəticəsindəmüxtəlif ölkələrdə mövcud olan müsbət təcrübələrin öyrənilməsi,onların bir araya gətirilməsi və ortaq hədəflər naminə, ortaqdəyərlərin qorunması məqsədilə səylərin birləşdirilməsiistiqamətində mühüm addımlar atılacaq.
Tədbirin yekununda səsləndirilən fikirləri, qarşıya qoyulanhədəflərə uyğun fəaliyyət istiqamətlərini, tövsiyələri vənəticələri özündə əks etdirən birgə kommünike qəbul olunacaq və busənəd ictimaiyyətə açıqlanacaq. Həmin kommünikedə nəzərdə tutulanməsələlər isə gələcəkdə bizim fəaliyyət planımıza daxil ediləcək vədavamlı şəkildə icra olunacaq", - deyə komitə sədri diqqətəçatdırıb.