AZ

Pentaqon F-35 qırıcıları ilə bağlı planını dəyişdi: SƏBƏBİ

Pentaqon ABŞ-ın "Lockheed Martin" müdafiə şirkətindən F-35 qırıcıları almaqla bağlı planında dəyişiklik edib.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi bu təyyarələrdən daha əvvəl planlaşdırıldığı qədər deyil, yarısını almaq istəyir.

"Müdafiə Nazirliyinin bu həftə Konqresə göndərdiyi satınalma sorğusunda 24 təyyarə göstərilib ki, bu da ötən ilki proqnozdan aşağıdır", - məlumatda bildirilir.

Qeyd edilir ki, alınacaq qırıcı təyyarələrin sayının azaldılması Pentaqon rəhbəri Pit Heqsetin beş il ərzində müdafiə xərclərini 8% azaltmaq istəyi ilə izah edilə bilər.

Bildirilir ki, F-35 alış planı "Lockheed Martin" tərəfdarlarının çox olduğu Konqresdə baxılarkən yenidən dəyişə bilər.

Seçilən
55
publika.az

1Mənbələr