AZ

Mask Trampla bağlı bəzi yazılara görə üzr istəyib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampdan sosial şəbəkədəki son açıqlamalarına görə açıq şəkildə üzr istəyib və şərhlərinin həddi aşdığını etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə iş adamı sahibi olduğu "X" sosial şəbəkəsindəki hesabında müvafiq açıqlama paylaşıb.

​​"Keçən həftə Prezident Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm. Bu, artıq idi", - Mask yazıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, iyunun 5-də Mask və Tramp arasında qızğın ictimai qarşıdurma baş verib. Bu münaqişə zamanı Mask bir sıra təxribat xarakterli bəyanatlar verib, o cümlədən bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkisində qalib gələ bilməyəcəkdi. Bundan əlavə, o, hazırkı prezidentin impiçmenti ideyasını dəstəkləyib və Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr