AZ

Britaniyanın Gürcüstandakı səfirliyi seçkilərlə bağlı qrant layihələri ləğv edib

Böyük Britaniyanın Gürcüstandakı səfirliyi ölkədə oktyabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı planlaşdırılan qrant layihələrinin qeyri-müəyyənlik səbəbindən ləğv olunduğunu bəyan edib.

Diplomatik nümayəndəliyin açıqlamasına görə, bu qərar seçki prosesində şəffaflıq və rəqabətliliyin artırılmasına yönəlmiş mühüm təşəbbüslərin həyata keçirilməsinə əngəl yaradacaq.

Səfirliyin məlumatına əsasən, Birləşmiş Krallıq tərəfindən təklif olunan qrantlar seçicilərin maarifləndirilməsi və vətəndaş müşahidəçiliyi kimi fəaliyyətləri əhatə edirdi. Bu təşəbbüslər Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən də faydalı və zəruri hesab olunub.

MƏLUMAY YENİLƏNİR

Seçilən
57
2
report.az

3Mənbələr