AZ

Seul Şimali Koreya ilə sərhəddə səsgücləndirici vasitəsilə yayımı dayandırıb

Cənubi Koreya Şimali Koreya hökumətini səsgücləndiricilər vasitəsilə tənqid edən proqramların yayımını dayandırıb.

Herbiand.az bildirir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qərarın verilməsi yeni hökumətin KXDR ilə münasibətləri yaxşılaşdırmaq istəyi olub.

“Vedomosti” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsinə istinadən yazır ki, səsgücləndirici ilə yayımın dayandırılması “Koreya yarımadasında Koreyalararası etimadın və sülhün bərpa edilməsi vədini yerinə yetirməyə yönəlmiş səylərin” bir hissəsidir.

“Yonhap” xəbər verir ki, yeni seçilmiş Cənubi Koreya prezidenti Li Çje-Myon daha əvvəl səsgücləndirici ilə yayımları və Pxenyana qarşı yönəlmiş vərəqələrin yayılmasını dayandıracağını vəd edib. Cənubi Koreya lideri bu hərəkətlərin əsas məqsədinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr