AZ

İngiltərə yığması XXI əsrdə milli antirekorda imza atdı

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Seneqal yığması ilə üz-üzə gəlmiş İngiltərə yığması gözlənilmədən məğlub olub.

Arena.az məlumat verir ki, Nottingemin “Siti Qraund” stadionunda keçirilmiş oyunda “Teranqa şirləri” “üç şir” üzərində 3:1 hesablı əzmkar qələbə qazanıblar.

“Opta Sport” statistik internet-portalının təqdim etdiyi məlumata görə, müvafiq məğlubiyyət nəticəsində İngiltərə yığması XXI əsrdə milli antirekord müyyənləşdirib.

Sonuncu dəfə, İngiltərə yığma komandası hesabı açdığı oyunda iki top fərqi ilə 1995-ci ildə məğlub olmuşdu. O vaxt Braziliya millisi beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Uembli”də İngiltərə yığma komandasını 3:1 hesabı ilə məğlub etmişdi

Əlavə edək ki, bu məğlubiyyət “üç şir”in baş məşqçisi, 51 yaşlı alman mütəxəssis Tomas Tuxel üçün İngiltərə yığma komandasının sükanı arxasında ilk məğlubiyyət olub. Buna qədər Tuxelin “üç şir”i 2026-cı il dünya çempionatının Avropa bölgəsi üzrə seçmə mərhələ oyunlarında Albaniya (2:0), Latviya (3:0) və Andorra (1:0) yığmaları üzərində qələbələri sıralamışdı.

Seçilən
32
arena.az

1Mənbələr