AZ

Şimal-qərb bölgəsinin məktəbliləri Beynəlxalq Riyaziyyat Müsabiqəsində 12 medal qazanıblar

Şəki, 11 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində 12 medal qazanıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 2 şagird qızıl, 5 şagird gümüş, 5 şagird isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd II–X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaq, onların məntiqi təfəkkürünü inkişaf etdirmək və bu fənnə maraqlarını artırmaqdan ibarətdir.

 

Seçilən
22
1
azertag.az

2Mənbələr