Bakı. Trend:
Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəalistifadə etməyə dəvət edib.
Trend xəbərverir ki, bu barədə Daşkənddə Azərbaycan Respublikasının Baş naziriƏli Əsədovun Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovlagörüşündə bildirilib.
Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarınəzərdən keçirilib. İki ölkə arasında tranzit daşımalarının 2024-cüildə 18%-dən çox artdığı bildirilib. Orta dəhlizin əhəmiyyətivurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəalistifadə etməyə dəvət edilib.
Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları iləbağlı fikir mübadiləsi aparılıb.
Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksəkqiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birincirübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.