Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıda 4 Azərbaycan klubu yer alıb.
Ən yaxşı göstəriciyə malik ölkə təmsilçisi "Qarabağ"dır. "Köhlən atlar" 144,75 xalla 119-cudur. Ağdam klubu sonuncu dəfə açıqlanan siyahı ilə müqayisədə 5 pillə geriləyib.
"Qarabağ"dan fərqli olaraq digər klublar irəliləyişə nail olub. Mövqeyini 1 pillə yaxşılaşdıran "Zirə" 232-ci (95,75 xal), birdən-birə 50 addımlıq sıçrayışa nail olan "Sabah" 317-ci (76 xal), 8 pillə irəliləuən "Araz-Naxçıvan" isə 446-cı (61,25 xal) yeri tutur.
Siyahıya "Real" (470 xal) başçılıq edir. "Barselona" (434 xal) 2-ci , Milan "İnter"i isə (419 xal) 3-cüdür.