AZ

Karlo Ançelotti: “Dünya çempionatına çıxdıq, indi isə…”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “selesao”nun 2026-cı il dünya çempionatı final mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Arena.az məlumat verir ki, Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin 16-cı turunda turunda evdə Paraqvay yığmasını 1:0 hesabı ilə məğlu edərək, mundiala vəsiqə qazanıb.

Karlo Ançelotti matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Biz yaxşı bir oyun oynadıq, xüsusən də birinci hissədə. Biz oyuna yaxşıca nəzarət edirdik, düzdür, iş heç də həmişə qapıya zərbələrə gəlib çıxmırdı. İkinci hissədə isə oyun azacıq avazıdı, amma ümumilikdə biz yatımlı bir komanda oyunu nümayiş etdirdik ki, bu da sevindirir. Bizə səylə zəhmət çəkmək gərəkdir, belə ki, 2026-cı il dünya çempionatına cəmi bircə il qalıb. Yerdə qalan iki oyunda keyfiyyətli futbol nümayiş etdirmək gərəkdir. Azarkeşlərimiz məmnun qaldılar, mən də onalara, nümayiş etdirdikləri dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz hamımız xoşbəxtik, amma indi gələcək haqda düşünmək gərəkdir”, – “Globo” dərgisi 65 yaşlı italyan mütəxəssisdən sitat gətirir.

16 turdan sonra Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin yarış cədvəlində 25 xalla 3-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, Braziliya millisi bütün dünya çempionatlarının final mərhələlərində iştirak etmiş yeganə milli komandadır. “Selesao” 2026-cı ildə 23-cü dəfə mundialın final mərhələsinin iştirakçısı olacaq.

Xatırladaq 2026-cı il dünya çempionatı Şimali Amerikanın 3 ölkəsində – Kanada, Meksika və ABŞ-da 48 komandanın iştirakı ilə keçiriləcək. Yarış 11 İyun – 19 İyul tarixlərini əhatə edəcək.

Seçilən
33
arena.az

1Mənbələr