AZ

Əmək müqavilələrinin sayı artıb

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465.431 vahid artıb və 2025-ci ilin iyun ayının 1-nə 1.867.346 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451.200 vahid artaraq 991.122 təşkil edib.

Seçilən
55
2
vergiler.az

8Mənbələr