Zaqreb “Dinamo”sunun futbolçusu Martin Baturina karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Komo”ya keçəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. A Seriyası təmsilçisi 22 yaşlı futbolçunu 18 milyon avro qarşılığında transfer edib.
Baturina başa çatan mövsümdə 45 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə edib