Bakı.Trend:
“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi Ermənistanmətbuatında böyük qalmaqala səbəb oldu.
Bu barədə Trend-ə açıqlamasında Elmi Araşdırmalar İctimaiBirliyinin sədri Telman Qasımov deyib.
O bildirib ki, 2023-cü Elmi Araşdırmalar İctimai Birliyi dəQHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibioldu:
“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi hazırladıq.Sənədli filmdə tamamilə İrəvan şəhərinin mədəni irsi, tarixiabidələri, ziyalıları, xanları və bəylərinin taleyi ilə bağlı olanməlumatlar əks olundu. Ermənistan mediasında və manşetlərindəhazırladığımız filmlə bağlı tənqidedici fikirlər səsləndirilirdi.Onlar bu faktların necə əldə edilməsinə təəccüblənirdilər”.
“Mən uzun müddət ərzində erməni dilində olan həmin arxivsənədləri toplamışdım. Burada həm də keçmiş zamanlarda olanfaktlardan da istifadə edilmişdi. Filmdə ermənilərin özlərininİrəvanın türk müsəlman şəhəri olduğunu etiraf etmələrigörünürdü.
Bütövlükdə bu sənədli film təkcə Azərbaycanda maraqlaqarşılanmadı, həm də bizə düşmən kəsilən Ermənistanda da ajiotajasəbəb oldu. Sənədli filmin hazırlanmasında ortaya qoyulan arxivsənədlər və fotoların böyük effekti oldu”, - T.Qasımovbildirib.