Bakı. Trend:
Ombudsman Səbinə Əliyevanın elan etdiyi “İnsan Hüquqları Aylığı”çərçivəsində Milli Preventiv və Müstəqil Monitorinq mexanizmqruplarının üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin Həssasəhali qruplarından olan şəxslər üçün Sığınacaq və SosialReabilitasiya Müəssisəsinə başçəkmə həyata keçirilib.
Bu barədə Trend-ə Ombudsman Aparatından mlumat verilib.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani vəya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sınınFakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqlarıüzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunununtələbləri əsasında keçirilmiş başçəkmənin məqsədi saxlanmaşəraitinin, həssas əhali qruplarından olan şəxslərin hüquqlarınıntəmin edilməsi və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsiolub.
Başçəkmə zamanı müəssisədə rəftar məsələləri və mövcud şəraitaraşdırılıb, keçirilmiş əvvəlki başçəkmələr zamanı verilmiştövsiyələrin icrası vəziyyəti və sənədləşmə yerində yoxlanılıb,müəssisə sakinləri ilə fərdi söhbətlər aparılıb, Ombudsmanınsəlahiyyəti barədə ətraflı məlumatlar verilib, maarifləndirici çapvəsaitləri təqdim olunub.
Başçəkmənin sonunda sosial xidmət müəssisəsinin rəhbərliyi vəəməkdaşları ilə maarifləndirici söhbət aparılıb, saxlanmaşəraitinin və sənədləşmənin daha da təkmilləşdirilməsi ilə bağlımüvafiq tövsiyələr verilib.