AZ

Rusiya və ABŞ arasında yeni diplomatik məsləhətləşmələr başlayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya ilə ABŞ arasında münasibətlərdə çoxlu "böyük maneələrin" mövcud olduğunu və yaxın vaxtlarda ciddi nəticələr gözləməyin çətin olduğunu bildirib. 

"İkili münasibətlərdə çoxlu maneələr var. Buna görə də tezliklə hansısa nəticəyə ümid bəsləmək çətindir. Amma mərhələli, mürəkkəb iş artıq başlayıb və davam etdiriləcək", - deyə o qeyd edib.

Peskov bildirib ki, Rusiya və ABŞ arasında yeni məsləhətləşmə raundu diplomatik qurumlar vasitəsilə keçiriləcək. "Bu, diplomatik kanallar üzrə aparılacaq məsləhətləşmələrdir. Bu məsələdə ən doğru məlumatı Xarici İşlər Nazirliyindən almaq olar", - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiya və ABŞ arasında ikitərəfli məsələlərlə bağlı üçüncü məsləhətləşmə raundu yaxın günlərdə baş tutacaq. Moskva, xüsusilə hava nəqliyyatının bərpası və diplomatik əmlakın geri qaytarılması ilə bağlı ABŞ-dən daha dəqiq cavab almağa çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr