İtaliyanın "Latsio" klubu "Beşiktaş"ın futbolçusu Jedson Fernandeşlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin İstanbul təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Bu barədə "Correiro dello Sport" məlumat yayıb.
Qeyd edək ki, J. Fernandeşin 50 faiz transfer haqqı "Benfika" klubuna məxsusdur.
O. başa çatan mövsümdə "Beşiktaş" forması ilə 49 oyunda 12 qol vurmağı bacarıb.
Transfermarkt portalına görə onun bazar dəyəri 18 milyon avrodur.