“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Ağdam şəhərində Mərkəzi parkın tikintisi üçün podradçı tapa bilmir.
Teleqraf.com Dövlət Satınalmalar Agentiliyinə istinadə xəbər verir ki, yanvarda elan edilən tenderdə təkliflərin son təqdim olunma tarixi 17 yanvar göstərilsə də, sifarişçınin işlərin görülməsi üçün tərəfdaş axtarışı nəticəsiz qalıb. Mayda tender elanı yenilənib.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs bu gün elanının tarixini dəyişib. Yenilənən elana əsasən, təkliflərin son təqdim olunma tarixi iyunun 19-dur. İşlər üzrə ehtimal edilən qiymət 8.752.060,49 manatdır.
Qeyd edək ki, 2023-cü ilin dekabrında təməli qoyulan parkın 5 hektar ərazini əhatə edəcək. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.
Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün imkan yaradılaca