AZ

Rusiya qoşunları Donetskin qərb sərhədinə çatıb

Rusiya hərbçilərinin iki qrupu Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti - red.) qərb sərhədinə çatıb və Dnepropetrovsk vilayətində irəliləyir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

““Mərkəz” qoşun qrupu düşmənin müdafiəsinə doğru irəliləməyə davam edib. 55-ci motoatıcı briqadanın bölmələri Donetsk Xalq Respublikasının qərb sərhədinə çatıb və 90-cı tank diviziyasının hücum bölmələri ilə birlikdə Dnepropetrovsk vilayəti ərazisində hücum əməliyyatlarını davam etdirir”, - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, “Şərq” qoşun qrupunun bölmələri də Rusiya regionunun sərhədinə çatıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
49
herbiand.az

1Mənbələr