AZ

Tramp administrasiyası qaçqınları Quantanamoya göndərəcək – WP

Amerikadakı qaçqınları göndərməyə yer tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə  “Washington Post” yazıb.

“Tramp administrasiyası qaçqın göndərmək üçün yer tapıb. Bu Quantanamodur, təqdimata ehtiyacı olmayan bir yerdir”, – nəşr qeyd edib.

WP-nin yazdığı kimi, bu həftə onlar qeyri-qanuni olaraq qalan 9 min əcnəbini Quantanamodakı hərbi bazada yerləşən düşərgəyə köçürməyə hazırlaşırlar.

Onların arasında Ukrayna, Polşa, Litva və digər Avropa ölkələrinin vətəndaşları da var.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
42
1
interpress.az

2Mənbələr