AZ

Rusiyanın Xarkova dron hücumu nəticəsində 3 nəfər həlak olub

Rusiya pilotsuz uçuş aparatlarının Ukraynanın Xarkov şəhərinə gecə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb, həmçinin 60-dan çox insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi təşkilatının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında məlumat verib.

O qeyd edib: “Ağır yanıq xəsarətləri ilə son dərəcə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilən 65 yaşlı kişi elə indicə reanimasiyada dünyasını dəyişib”.

İyunun 11-nə keçən gecə rus qoşunları dronlarla Xarkova kütləvi hücuma keçib. Şəhər meri İqor Terexov qeyd edib ki, Rusiya ordusu şəhərə 17 ədəd “Şahed” pilotsuz uçan aparatı ilə zərbələr endirib. Slobodskoy və Osnovyanski rayonları da hücuma məruz qalıb.

O bildirib: “Çoxmərtəbəli və fərdi evlərə, uşaq meydançalarına, müəssisələrə və ictimai nəqliyyata birbaşa zərbələr endirilib, mənzillər və avtomobillər yanıb, binaların damları dağılıb, pəncərələrin şüşələri sınıb”.

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr