Bakı. Trend:
Rusiya döyüşlərdə həlak olmuş 1200-dən çox hərbçinin meyitiniUkrayna tərəfinə təhvil verib.
Trend xəbər verirki, bu barədə Ukraynanın hərbi əsirlərlə davranış məsələlri üzrəkoordinasiya qərargahı məlumat yayıb.
Repatriasiya tədbirləri nəticəsində Ukrayna tərəfinin 1212hərbçinin meyitini qəbul etdiyi bildirilir.
Hərbçilərin Kursk vilayətində (Rusiya), o cümlədən, UkraynanınXarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətlərində gedəndöyüşlərdə həlak olduğu bildirilir.