BAKI, 11 iyun. TELEQRAF
İyunun 11-də Ermənistan Milli Məclisinin sədri Alen Simonyan İranın ölkəsindəki səfiri Mehdi Sübhanini qəbul edib.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-İran münasibətlərinin gündəliyində duran əsas mövzuları müzakirə edərək, parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Regional hadisələrlə bağlı müxtəlif mövzulara da toxunulub.