AZ

Minlərlə miqrantı gizli şəkildə Quantanamoya göndəriləcək?

Minlərlə miqrantı gizli şəkildə Quantanamoya göndəriləcək?

Amerika lideri Donald Trampın administrasiyası minlərlə qanunsuz miqrantı gizli şəkildə Quantanamo həbsxanasına köçürmək niyyətindədir, The Washington Post yazır.
"Tramp administrasiyası ABŞ-da qeyri-qanuni olan minlərlə əcnəbini Kubanın Quantanamodakı ABŞ hərbi bazasına köçürməyə hazırlaşır", - nəşr yazır.

Nəşrin məlumatına görə, onların arasında bir çox ölkələrin, o cümlədən Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları var.

Amerika hökumətindəki mənbələr bildiriblər ki, Vaşinqton çox güman ki, sözügedən ölkələrin, hətta Birləşmiş Ştatlarla yaxından əməkdaşlıq edən ölkələrin hökumətlərini xəbərdar etməyəcək.

Bundan əvvəl Tramp Los-Ancelesdəki etirazların kimlərsə tərəfindən maliyyələşdirildiyini bildirmişdi.

Seçilən
43
ikisahil.az

1Mənbələr