Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Tramp haqqında sosial media hesabından etdiyi paylaşımlara görə üzr istəyib.
Publika.az xəbər verir ki, Trampla fikir ayrılığına düşən İlon Maskın yeni partiya yaradacağı iddialarından sonra ikisi arasında soyuq küləklər əsməyə başlamışdı.
Mask sosial media hesabında "Mən olmasaydım, Tramp seçkiləri uduzardı” kimi şərhlər paylaşmışdı. Hətta o, Trampı Cefri Epşteynlə bağlı sənədləri gizlətməkdə ittiham etmişdi.
Mask son açıqlamasında "Keçən həftə ABŞ prezidenti Donald Tramp haqqında etdiyim bəzi paylaşımlara görə təəssüflənirəm. Həddindən artıq irəli getmişəm" deyib.