Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ölkənin Tətbiqi Siyasət Tədqiqat İnstitutunda keçirilən forumda çıxışı əsnasında dilə gətirib. O diqqətə çatdırıb ki, bu təklifi Hindistan parlamentinin yuxarı palatasının sədri Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirədə irəli sürüb. "Düzünü desəm, belə bir təklifi gözləmirdim. Bu sayda tələbənin qəbulundan ötrü infrastrukturumuz yoxdur. Hindistanla əməkdaşlıq aparmaq məqsədilə lazımi şərait yaratmalıyıq", - o deyib. Vitse-spikerin sözlərinə görə, Ermənistanda təhsil potensialının artırılması üçün "Akademik Şəhərin" yaradılması mühüm addımdır. "Hindistanlı tələbələr məhz ölkəmizdə təhsil almağa həvəs göstərirlər. Hazırda Ermənistanda 3 minə yaxın hindistanlı tələbə var. Müvafiq imkanlar yaradılarsa, bu sayın 30, hətta 60 minədək artırılması mümkündür. "Akademik Şəhər" layihəsi həyata keçiriləndə bu imkanlar üzə çıxacaq", - Arşakyan vurğulayıb. Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>