“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” “Lion”da çıxış etmiş hücumameyilli yarımmüdafiəçi Rayan Çerkini heyətinə qatıb. 21 yaşlı futbolçu “Mançester Siti” ilə 5 illik – 2029/2030 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, “Mançester Siti” növbəti matçını iyunun 18-də – Klublararası dünya çempionatında “Kasablanka”ya qarşı keçirəcək.