AZ

Türkan Gündüzün qətlinin dəhşətli təfərrüatı – HƏSSAS GÖRÜNTÜ

Xəbər verdiyimiz kimi, 2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkan Gündüzün (Hacıyevanın) bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib.

Muhammet Gündüz 1967-ci ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, əvvəllər məhkum olunmayıb. Türkan Gündüz tanınmış plastik-cərrah olub. Bakıda bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında işləyib.
Seçilən
68
paytaxt.org

1Mənbələr