AZ

Çimərlik reqbisi üzrə ilk klublararası ölkə birinciliyi KEÇİRİLDİ – FOTO

8 iyun 2025-ci il tarixində “Aquatic palace” idman qurğusunun çimərlik oyunları meydançasında çimərlik reqbisi üzrə ilk klublararası ölkə birinciliyi keçirilib.

Bizim.Media xəbər verir ki, yarışda 4 klubun (“Qarabağ”, “EAS Simurgh”, “Şamaxı OM” və “Dunya Warriors”) 12 yaşa qədər olan yeniyetmə reqbiçilərdən ibarət komandaları mübarizə aparıb.
 

Qrup mərhələsində klublar dairəvi sistem üzrə bir-biri ilə qarşılaşıblar.


Həmin görüşlərin nəticələrinə əsasən, “EAS Simurgh” və “Qarabağ” müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq final oyununa vəsiqə qazanıblar.

Finalda “EAS Simurgh” 4:3 hesabı ilə “Qarabağ”ı üstələməklə ilk ölkə birinciliyinin qalibi olub.

Qrup mərhələsində 3-cü və 4-cü yeri tutan “Dunya Warriors” və “Şamaxı OM” klubları isə 3-cü yer uğrunda görüşdə qarşı-qarşıya gəliblər. “Dunya Warriors” “Şamaxı OM”ni 4:3 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb.

Qeyd edək ki, yarışın ən yaxşı oyunçusu adına “Şamaxı OM” klubunun və U12 milli yığma komandamızın üzvü İsmayıl Salmanov layiq görülüb.















Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr